Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb
Şuşadan Laçına gedən yolda təbii bulağın ətrafının zibilliyə çevrilməsi barədə sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və xoşagəlməz vəziyyət aradan qaldırılıb.
Bu barədə “Far.Az”a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Xidmətin əməkdaşlarının və “Təmiz şəhər” ASC-nin işçilərinin köməyi ilə sahələrin tullantılardan təmizlənməsi təşkil olunub, toplanmış tullantılar Xankəndi poliqonuna daşınıb.
Ərazidə tullantıların atılmasını qadağan edən lövhələrin quraşdırılması üçün işlərə başlanılıb.
Əhalinin diqqətinə çatdırılıb ki, ictimai yerlərə, yol kənarlarına, təbiət ərazilərinə məişət tullantılarının atılması mövcud qanunvericiliklə qadağandır.
“Ölkəmizin bütün ərazilərinin təmiz saxlanılması, tullantılarla çirkləndirilməməsi hər birimizin vətəndaşlıq borcudur. Hüquqi məsuliyyətdən öncə milli dəyərlərə hörmət edib, ərazilərimizin təmizliyini qorumalıyıq”, - Xidmət vətəndaşlara müraciətində bildirib.
Oxşar xəbərlər
DETX: Şuşadan Laçına gedən yolda bulağın ətrafının zibilliyə çevrilməsi barədə yayılan görüntülər araşdırılıb - FOTO
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Xidmət rəisi azad olunmuş ərazilərdə təmizliyin qorunması ilə bağlı ictimaiyyətə çağırış edib
Azad olunmuş ərazilərdə təmizliyin qorunması ilə bağlı ictimaiyyətə çağırış - FOTO
Azərbaycanda keçiriləcək COP29 - iqlim dəyişmələrinin qarşısıalınmaz fəsadları ilə mübarizədə yeni mərhələ - RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək
-
Yaz mövsümündə avtomobillərdə ən çox rast gəlinən nasazlıqlar açıqlanıb













