BMT rəsmisi: Əminəm ki, Azərbaycan COP üçün yeniliklərlə zəngin sammitə ev sahibliyi edəcək
Far.Az xəbər saytı

BMT rəsmisi: Əminəm ki, Azərbaycan COP üçün yeniliklərlə zəngin sammitə ev sahibliyi edəcək


Əminəm ki, Azərbaycan COP üçün yeniliklərlə zəngin və əsaslılıq baxımından faydalı olacaq sammitə ev sahibliyi edəcək.

Bunu "Far.Az"un ABŞ bürosuna açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin maliyyə məsələri üzrə baş direktoru Danielle Violette deyib.

D.Violette bildirib ki, COP29 üçün hazırlıqlar uğurla davam edir: "Azərbaycan komandası COP29-a yaxşı hazırlaşıb və uğur qazanmaq üçün bütün səylər göstərilir. Biz də həqiqətən COP29 komandasının uğur qazanması üçün çox çalışırıq və onun gələcək sədrliyinə çox əminik. COP29-un gündəliyində iqlim maliyyəsindən tutmuş karbon emissiyasıının azaldılması da daxil olmaqla bir çox prioritetlərimiz var. Bunlar COP-da iqlim dəyişikliyinə bağlı ortaya çıxan problemlər, su qıtlığı, ərzaq təhlükəsizliyi və torpaqların deqradasiyası, iqlim böhranına məruz qalan uşaqlar və s-dir”.

O, qeyd edib ki, həssas mövzuları hərəkətə gətirmək vacibdir: “Təbii ki, bunlar hamının razılaşacağı vacib məsələlərdir və liderlik çox mühümdür. COP-un hər konfransı fərqlidir. Məqsəd uğrunda birlikdə çalışmalıyıq və COP29-un uğur qazanacağına qəti şəkildə inanırıq".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
BMT rəsmisi: Azərbaycanın COP29-a hazırlaşmaq üçün məhdud vaxtı olub, lakin peşəkar şəkildə irəliləyiş əldə edilib - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər