Tramp: ABŞ Dieqo-Qarsiya adasındakı bazasını hərbi yolla qorumağa hazırdır
Far.Az xəbər saytı

Tramp: ABŞ Dieqo-Qarsiya adasındakı bazasını hərbi yolla qorumağa hazırdır


ABŞ Prezidenti Donald Tramp Mavrikiyə məxsus Dieqo-Qarsiya adasındakı ABŞ bazasının mövcudluğuna təhdid yaranacağı təqdirdə hərbi əməliyyatlarla hədələyib.

"Far.Az" xəbər verir ki, o bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə danışığından sonra "X" sosial şəbəkəsində yazıb.

"Mən başa düşürəm ki, Baş nazir Starmerin bağladığı razılaşma, çoxlarının fikrincə, mümkün olan razılaşmalardan ən yaxşısıdır. Lakin əgər gələcəkdə icarə müqaviləsi nə vaxtsa ləğv edilərsə, yaxud kimlərsə bazamızdakı ABŞ əməliyyatlarını və qüvvələrini hədələyərsə, ya da təhlükə altına qoyarsa, mən Dieqo-Qarsiyada ABŞ-nin mövcudluğunu hərbi yolla təmin etmək və möhkəmləndirmək hüququnu özümdə saxlayıram", - Tramp yazıb.

Tramp vurğulayıb ki, ABŞ-nin Hind okeanının mərkəzində yerləşən bu strateji əhəmiyyətli iri hərbi bazası ölkəsinin milli təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Dieqo-Qarsiya adası Çaqos arxipelaqına daxildir. 2025-ci ilin mayında Böyük Britaniya Hind okeanında yerləşən arxipelaq üzərində suverenliyi rəsmi olaraq Mavrikiyə verib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər