ETX bank və dövlət sektorlarına qarşı fişinq cəhdini müəyyən edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) əməkdaşlarının bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı aparılmış tədqiqatın nəticələri açıqlanıb.
"Report" ETX-ya istinadən xəbər verir ki, Xidmətin əməkdaşları aşkarlanmış zərərli proqram təminatı üzərində tərsinə mühəndislik (proqramın davranışını anlamaq və onun komponentlərini müəyyən etmək məqsədilə aparılan təhlil) əməliyyatları həyata keçirmiş, nəticədə əlavə indikatorlar ("loc") müəyyən edib.
Hücum cəhdində "Microsoft Excel" faylına yerləşdirilmiş "loader" tipli (zərərli proqram təminatının hədəf kompüter sisteminə yüklənilməsi üçün istifadə olunan) şifrələnmiş skript və şəkil faylına steqanoqrafiya (faylın içərisinə gizli məlumatların yerləşdirilməsi) vasitəsilə əlavə olunan "Remcos" adlı zərərli proqram təminatları istifadə edilib.
Hücumun ümumi sxematik təsviri ilə aşağıdakı keçiddən tanış olmaq olar.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb













