Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində hazırlanan mütəxəssislərin sayı açıqlanıb
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti dövründə 380-dən çox yüksək ixtisaslı kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb, ümumilikdə isə 10 mindən artıq şəxs müxtəlif təlim proqramlarına cəlb olunub.
"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günündə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məzunların 86 %-i hazırda işlə təmin edilib və bu da mərkəzin əmək bazarına verdiyi real töhfənin göstəricisi kimi qiymətləndirilir: "Mərkəz yerli ali təhsil müəssisələri ilə yanaşı, həm dövlət, həm də özəl sektorla sıx əməkdaşlıq edir. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində yerli məhsulların hazırlanması istiqamətində mühüm addımlar atılıb və bu günə qədər 5 yerli məhsul bazara təqdim olunub".
Ş. Əliyev vurğulayıb ki, yaxın dövrdə ölkənin bütün təhsil müəssisələrində kibertəhlükəsizliklə bağlı maarifləndirici və praktiki tədbirlərin həyata keçirilməsi planlaşdırılır: "Bununla yanaşı, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin modeli artıq xarici ölkələrin də diqqətini cəlb edir. Qazaxıstan və digər ölkələrlə bu modelin ixracı istiqamətində danışıqlar aparılır".
Oxşar xəbərlər
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər













