Beynəlxalq tədbirdə Rəqəmsal Logistika Platforması barədə məlumat verilib
Rəqəmsal Logistika Platforması nəqliyyat, gömrük və logistika iştirakçılarını vahid elektron sistemdə birləşdirərək real vaxt rejimində məlumat mübadiləsini təmin edəcək, nəticədə proseslər daha şəffaf və çevik həyata keçiriləcək.
"Far.Az" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya Həftəsi çərçivəsində "Transxəzər nəqliyyat dəhlizi və regional iqtisadi bağlantılar" mövzusunda keçirilən plenar sessiyada məlumat verib.
Plenar sessiyada Orta Dəhlizin artan strateji əhəmiyyəti və Azərbaycanın bu marşrutun inkişafındakı aparıcı rolu diqqətə çatdırılıb. Bildirilib ki, Orta Dəhliz tranzit marşrut olmaqla yanaşı, regional iqtisadi inteqrasiya və Avrasiya məkanında əməkdaşlıq üçün əsas platformaya çevrilib. Azərbaycanın son illərdə dəmir yolu, liman, dəniz və logistika infrastrukturlarına yatırdığı investisiyalar dəhlizin mövqeyini gücləndirib.
Azərbaycan nümayəndə heyəti iştirakçılara Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işlərinin tamamlanması, Xəzər dənizində limanların və flotiliyanın birgə genişləndirilməsi, Zəngəzur dəhlizinin mühüm diversifikasiya elementi olması barədə də məlumat verib.
Həmçinin vurğulanıb ki, Transxəzər nəqliyyat dəhlizinin uzun müddət rəqabətədavamlı olması təkcə yolların və infrastrukturun qurulmasından asılı deyil. Bunun üçün sərhəd prosedurlarının sadələşdirilməsi, qaydaların uyğunlaşdırılması, iş prosesinin sürətləndirilməsi və rəqəmsal texnologiyaların tətbiqi də vacibdir. Azərbaycan bu istiqamətdə təşəbbüslərini genişləndirir. Qanunvericilikdə dəyişiklik edilib, müvafiq hüquqi baza formalaşdırılıb, dövlət başçısının Fərmanı ilə əməliyyatların səmərəliliyi və proqnozlaşdırma keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək "Bir pəncərə" informasiya sistemi yaradılır.
Plenar sessiyada Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı yanında Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyindən də danışılıb. Qeyd edilib ki, nəqliyyat əlaqələrinin gücləndirilməsi prezidentliyin prioritetlərindən biridir. Azərbaycan Orta Dəhlizin dayanıqlı, rəqabətli, rəqəmsal və inteqrasiya olunmuş regional bağlantı xəttinə çevrilməsi istiqamətində əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub
-
Peruda güclü zəlzələ olub













