İran parlamentində ABŞ ilə danışıqlarla bağlı qapalı müzakirə keçirilib
İran parlamentində Silahlı Qüvvələr Baş Qərargahının rəisi general-mayor Əbdül Rəhim Musəvi və xarici işlər naziri Abbas Əraqçinin iştirakı ilə son hadisələr, danışıqlar prosesi, həmçinin ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizlik sahəsində vəziyyətlə bağlı qapalı müzakirə keçirilib.
"Far.Az" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat katibi Abbas Qudərzi məlumat verib.
Onun sözlərinə görə, toplantının məqsədi İranda "diplomatiya və yerlərdə iş"in tamamilə koordinasiya olunması, razılaşdırılması və bir-birini tamamlaması kimi vacib məqamı vurğulamaq idi: "Bu iki anlayışa bir medalın iki üzü kimi baxılır".
A.Qudərzi əlavə edib ki, görüşdə əvvəlki danışıqlar zamanı buraxılmış səhvləri təkrarlamaqdan çəkinmək xüsusi qeyd olunub:
"Deputatlar vurğulayıblar ki, danışıqlar güc və nüfuz mövqeyindən aparılmalıdır. Ölkənin nüvə sənayesinin qorunması diplomatik qrupun gündəliyində qaçılmaz "qırmızı xətt" olmalıdır. Çünki bu sahə ölkənin gələcəyi üçün həyati əhəmiyyət daşıyır və milli borcudur".
Mətbuat katibi həmçinin deyib ki, görüşdə İranın uranın sıfır səviyyədə zənginləşdirilməsini qəbul etməyəcəyi, bu məsələnin gələcək nəsillərin yaşamaq hüququ kimi qorunmalı olduğu da vurğulanıb:
"Danışıqların yeri və çərçivəsi tamamilə İran tərəfindən müəyyən edilib".
A.Qudərzi eyni zamanda bildirib ki, Abbas Əraqçi İranın iqtisadi diplomatiya missiyasına, xüsusilə qonşu ölkələrlə münasibətə laqeyd yanaşmayacağını da söyləyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













