Tramp: Neftdən əldə olunan gəlirlərin Venesuela xalqına yardımı toxunacaq
Far.Az xəbər saytı

Tramp: Neftdən əldə olunan gəlirlərin Venesuela xalqına yardımı toxunacaq


Venesuela neftinin satışından əldə edilən böyük gəlirlərin tezliklə Bolivar Respublikası xalqına əhəmiyyətli yardımı toxunacaq.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

O həmçinin ABŞ ilə Venesuela arasındakı əlaqələri qeyri-adi adlandıraraq ölkənin prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes və onun nümayəndələri ilə yaxşı münasibətləri olduğunu vurğulayıb.

"Neft tədarükü başlayır və uzun illərdir görünməyən böyük məbləğdə pul tezliklə Venesuela xalqına əhəmiyyətli dərəcədə kömək edəcək. Marko Rubio (ABŞ Dövlət katibi - red.) və bütün nümayəndələrimiz fantastik iş görürlər", - Tramp qeyd edib.

Daha əvvəl ABŞ-nin energetika naziri Kris Rayt bildirmişdi ki, Vaşinqton artıq 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər