Bakı aeroportu sərnişinlərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib
Far.Az xəbər saytı

Bakı aeroportu sərnişinlərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib


14–15 fevral tarixlərində, gecə saatlarında Hava limanı şosesində aparılacaq texniki işlərlə əlaqədar müəyyən istiqamətlər üzrə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

"Report" xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun açıqlamasında bildirilir.

"Bununla əlaqədar olaraq, qeyd olunan tarixlərdə uçuşu olan sərnişinlərə hava limanına gəliş və yaxud limandan çıxış zamanı alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Məhdudiyyətlər aşağıdakı saat və istiqamətləri əhatə edir:

14 fevral, saat 00:00–07:00 – Hava limanı yolundan "Koroğlu" metrostansiyası istiqamətində;

15 fevral, saat 00:00–07:00 – "Koroğlu" metrostansiyasından Hava limanı istiqamətində.

Alternativ olaraq, sərnişinlər 8 Noyabr prospekti – Zığ yolu marşrutundan (və əks istiqamətdə) istifadə edə bilərlər.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və hava limanına daha erkən yola düşməyi tövsiyə edir", - deyə məlumatda qeyd olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, məhdudiyyətlə əlaqədar olaraq H1, 140, 140E, 141, 141E, 150, 160, 168 və 169 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

"Belə ki, 14 fevral tarixində (saat 00:00–07:00 aralığında) qeyd olunan marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, Aeroport) – Zığ şosesi – 57-ci Suraxanı küçəsi–56-cı Suraxanı küçəsi–Heydər Əliyev prospekti (yolötürücü, "Buta Palace") istiqamətində hərəkət edəcək.

15 fevral tarixində isə marşrutlar Heydər Əliyev prospekti (yolötürücü, "Buta Palace") – 56-cı Suraxanı küçəsi (Yeni Suraxanı qəsəbəsi) – Heydər Əliyev prospekti istiqamətində hərəkət etdikdən sonra mövcud hərəkət sxemi üzrə fəaliyyət göstərəcək", - AYNA qeyd edir.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər