İlk köç karvanı Cəbrayıl şəhərinə çatıb - YENİLƏNİB
Far.Az xəbər saytı

İlk köç karvanı Cəbrayıl şəhərinə çatıb - YENİLƏNİB


Bakı şəhərinin Qaradağ rayonundan yola salınan köç karvanı Cəbrayıl şəhərinə çatıb.

“Report” xəbər verir ki, şəhərdə sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailə – 117 nəfər köçürülüb.

06:30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

“Report” xəbər verir ki, ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailə – 117 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb - YENİLƏNİB
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər