Ukrayna DİN rəsmisi: Nazir mülki vətəndaşlara özünümüdafiə üçün silah daşıma hüququnu dəstəkləyir
Far.Az xəbər saytı

Ukrayna DİN rəsmisi: Nazir mülki vətəndaşlara özünümüdafiə üçün silah daşıma hüququnu dəstəkləyir


Ukrayna daxili işlər naziri İqor Klemenko mülki şəxslərə silah verilməsi məsələsinin qanunvericilik yolu ilə tənzimlənməsini dəstəklədiyini, qanunda silah növlərinin aydın şəkildə yazılmasını və onların təsnifatlaşdırılmasının vacibliyini bəyan edib.

"Report"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Anton Straşko nazir İqor Klemenkonun əhaliyə özünü müdafiə üçün silah daşıma icazəsinin verilməsi təklifini şərh edərkən deyib ki, onun əsas vurğuladığı məqam icazəli silah almaq istəyən insanların hazırlığı ilə bağlı sistemdir.

"Yəni bu, müvafiq təlimin keçilməsi, imtahanın verilməsi və silah icazəsinin alınması da olmalıdır. Müvafiq olaraq bunun üçün Ukraynada infrastruktur mövcud olmalıdır. Xüsusilə, təlimlərin keçirilməsi, atışların aparılması üçün yerləri, yəni atış poliqonlarını özündə ehtiva edən infrastruktur olmalıdır. DİN bu sistemin yaradılmasını dəstəkləyir", - o deyib.

A.Straşko deyib ki, söhbət yalnız silahla təhlükəsiz davranma baxımından hazırlıqdan getmir:

"Söhbət həm də psixoloji hazırlıqdan gedir. Artıq yaxın zamanda Ukrayna daxili işlər naziri ictimaiyyətin, bu sahədə mütəxəssislərin, medianın, veteranların, xalq deputatlarının, bütün maraqlı tərəflərin iştirakı ilə məsləhətləşmələr keçirməyi planlaşdırır".

DİN rəsmisi deyib ki, artıq məsələ ilə bağlı qanun layihəsi Ali Radadadır, əhaliyə silahdan istifadəyə icazə ilə bağlı detallara parlament qərar verəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər