"Sabah"ın baş məşqçisi: "Gürcüstanda çempion olan uşaqlar gələcəkdə adlarından söz etdirəcəklər"
Gürcüstanda keçirilən "Kobuleti Winter Cup" turnirinin qalibi olan "Sabah" klubunun U-14 komandasının futbolçuları gələcəkdə adlarından söz etdirə biləcəklər.
Bu barədə "Report"a komandanın baş məşqçisi Nasir Nəsirli açıqlama verib.
O, heyətdə kifayət qədər yaxşı oyunçuların olduğunu vurğulayıb:
"Kiminsə adını xüsusi çəkmək düzgün deyil. Amma istedadlı, potensiallı uşaqlar çoxdur. Əsas komanda, Azərbaycan millisi üçün yaxşı futbolçular yetişdirmək niyyətindəyik. Gələcəkdə bu uşaqların Avropanın aparıcı klublarında oynamasını arzulayırıq. Onlar gələcəkdə Azərbaycan futbolunda adlarından söz etdirə biləcəklər. Sadəcə, üzərilərində daha çox çalışmalı və məşqçilərə qulaq asmalıdırlar. Daim həyat tərzlərinə, qidalanmaya və başqa nüanslara fikir verməlidilər. Bütün bunlar onlara fayda verəcək".
Mütəxəssis turnirin çox yaxşı keçdiyini söyləyib:
"Təşkilatçılıq möhtəşəm idi. Onların futbola marağı, yanaşmaları əla idi. "Sabah" klubunun rəhbərliyinə təşəkkür edirəm. Uşaqların belə turnirlərdə təcrübələri artır. Oyunçular beynəlxalq turnirlərdə daha yaxşı inkişaf edirlər. Yarışa qatılanda əsas məqsəd uşaqların təcrübəsinin artması idi. Beynəlxalq turnirlər inkişaf baxımından vacibdir. Çünki bu futbolçular qarşıdakı illərdə U-16, U-17 millilərinə düşsələr, özlərini daha yaxşı tərəfdən göstərə biləcəklər. Turnirdəki kollektivlər həqiqətən güclü idi. Yarışa texniki və taktiki cəhətdən çox yaxşı komandalar qatılmışdı".
Qeyd edək ki, "Sabah" Gürcüstanda təşkil olunan yarışın yarımfinalında Batumi "Dinamo"sunu (5:0), finalda isə "T.S. Academy" komandasını (2:0) məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Kulibali: UN-Habitat-ın Azərbaycanla əməkdaşlığı Afrika ilə təcrübə mübadiləsi üçün körpü ola bilər
-
IND: Mənzil böhranını həll etmək üçün hər gün 96 min ev təhvil verilməlidir
-
Mexikonun meri: Bakı şəhərsalma mövzusunun müzakirəsi üçün strateji məkandır
-
Adib Benbrahim: Mərakeş mənzilə əlçatanlığı genişləndirmək niyyətindədir













