Azərbaycan TDT-də siyasi iradəsi, təşəbbüsləri, strateji layihələri ilə aparıcı rol oynayır - RƏY
Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) artıq regional əməkdaşlıq çərçivəsini aşmağa başlayır. Azərbaycan prosesdə həm siyasi iradəsi, həm təşəbbüsləri, həm də strateji layihələri ilə aparıcı rol oynayır.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat qeyd edib ki, enerji, nəqliyyat, rəqəmsal inkişaf, təhlükəsizlik və iqtisadi inteqrasiya istiqamətində atılan addımlar göstərir ki, türk dünyası yeni dünya düzənində öz yerini müəyyənləşdirmək niyyətindədir: "Bugünlərdə Qazaxstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirildi. Əslində TDT-nin yeni formalaşan qeyri-rəsmi görüşlərin proqramı, siyasi, iqtisadi, humanitar və geosiyasi baxımdan heç də rəsmi görüşlərdən fərqlənmir. Bildiyimiz kimi ilk qeyri-qəsmi görüş Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilib.
Bu gün mübaliğəsiz deyə bilərik ki, artıq TDT-nin fəaliyyətini dünyada gedən proseslər fonunda geoiqtisadi və geosiyasi cəhətdən müqayisə etsək, bu təşkılatın beynəlxalq aləmdə sürətlə artan nüfuzunun və yeni güc mərkəzi kimi diqqət mərkəzinə çevrilməyinin şahidi oluruq. Məhz bu baxımdan Qazaxıstanın qədim Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün xüsusi əhəmiyyətə malik olduğunu görürük".
M.İbrahimqızı vurğulayıb ki, dövlət başçılarının bu görüşü türk dövlətlərinin gələcəyə dair ortaq qardaşlıq iradəsinin ifadə edir: "Zirvə görüşündə çıxış edən hər bir dövlət başçısının çıxışı sanki bir-birlərini tamamlayaraq, gələcək üçün yaxın, orta və uzaq vadidə məqsəd və hədəfləri müəyyən edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşündəki çıxışı isə həm siyasi məzmunu, həm strateji mesajları, həm də duyğusallığı ilə diqqət çəkirdi. Ümumiyyətlə dövlət başçısının hələ uzun illər bundan öncə səsləndirdiyi fikirləri Türk dünyasında dillər əzbəridir. Onun hələ 20 il bundan öncə dediyi tarixin qızıl səhifələrinə yazılmış "Bir millətin iki diasporu olmaz" və ya "Bizim tək bir ailəmiz var - Türk dünyası" kimi müdrik və uzaqgörən fikirləri ildən ilə aktuallığını və əhəmiyyətini artırır. Dövlət başçısının Türküstanda çıxış edərkən səsləndirdiyi "Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir" fikri onun bütün çıxışının əsas mahiyyəti idi və təşkilatın hədəfi idi. Prezidentimizın çıxışında diqqət çəkən ən vacib məqamlardan biri də ortaq tarix, dil, din və mədəniyyət əsasında qurulmuş Türk Dövlətləri Təşkilatının artıq formal əməkdaşlıq platformasından çıxaraq konkret praktik və strateji əməkdaşlıq modelinə keçməsidir. Xüsusilə çağdaş dünyanın ən zəruri tələb və çağırışları rəqəmsal inkişaf, süni intellekt, nəqliyyat dəhlizləri və kommunikasiya layihələri ilə bağlı səsləndirilən fikirlər göstərir ki, türk dövlətlərinin gələcəyi ancaq birlikdə qurulmaqla kürəsəl təhlükələrdən qorunmaqla , dayanıqlı inkişafa nail ola bilər.
Dövlətimizin başçısının "Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır" fikri də təsadüfi deyildi. Sürətlə dəyişən dünyada dövlətlərin mənsub olduğu təbii resurslar yetərli deyil. Yeni yüksək texnologiya yeni güc balansı yaradır və artıq iqtisadiyyat qədər rəqəmsal imkanlar da dövlətlərin qüdrət göstəricisinə çevrilir. Bu gün Azərbaycan bu prosesdə təkcə iştirakçı yox, təşəbbüskar ölkə kimi çıxış edir. Milli Süni İntellekt Mərkəzinin yaradılması, Süni İntellekt Strategiyasının qəbul olunması, rəqəmsal suverenliyin gücləndirilməsi istiqamətində atılan addımlar ölkənin gələcəyə hesablanmış strateji siyasətindən xəbər verir".
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin çıxışında digər əhəmiyyətli istiqamət Orta Dəhliz və Zəngəzur dəhlizi ilə bağlı idi: "Yaxın vaxtlarda reallaşacaq Zəngəzur dəhlizi Orta Dəhlizin əsas hissələrindən birinə çevriləcəyini xüsusi vurğulayan dövlət başçısı bu layihənin türk dünyası coğrafiyasını bir-birinə daha sıx baylayacağına geniş imksn yaratdığını bildirib. Əlbəttə Zəngəzur dəhlizi təkcə yük daşımayacaq - o, türk dövlətlərini bir-birinə daha sıx bağlayacaq strateji körpüyə çevriləcək.
Türküstan Zirvə görüşündə verilən ən mühüm mesajlardan biri də birlik mesajı idi. Prezident İlham Əliyevin Şuşa ilə Türküstanın qardaşlaşmasını xüsusi vurğulaması olduqca rəmzi məna daşıyırdı. Sözsüz ki, "Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır" ifadəsi sadəcə obrazlı və ya bədii cümlə deyil, müştərək tariximizin və ortaq taleyimizin siyasi manifesti kimi səsləndi".
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb













