Allahşükür Paşazadə: Dindarlar da süni intellektin imkanlarından istifadə etməlidirlər
İslam dini tərəqqi və rifah yönündə hər hansı yeniliyin, o cümlədən süni intellektin də əleyhinə deyil.
BAKU.WS xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə qurumun Qazılar Şurasının iclasında deyib.
O xatırladıb ki, Prezident İlham Əliyev bu yaxınlarda qeyd olunan aktual məsələyə dair xüsusi müşavirə keçirib, dövlət qurumlarına müvafiq tapşırıqlar verdi:
"Cəmiyyətimizi maraqlandıran bu mövzu zəmanəmizin yeni reallığıdır və din xadimləri cəmiyyəti, dindarları bu istiqamətdə maarifləndirmə işində kənarda qalmamalıdırlar. İslam elm və maarifi təşviq edən mütərəqqi dindir. Biz, din xadimləri, dindarlar da süni intellektin imkanlarından istifadə etməliyik və bu, dini baxımdan caizdir. Süni intellektdən, rəqəmsal texnologiyalardan istifadə etməyin faydaları dindarlara çatdırılmalı, onun yardımından gündəlik həyatda yararlanmanın yolları aşılanmalıdır".
A.Paşazadənin fikrincə, İslami dəyərlərin süni intellektə inteqrasiyası zamanı Allahla bəndəsi arasında olan ibadət azadlığına xələl gəlməməlidir:
"Ən əsası, İslami dəyərlərin məğzi dəyişdirilməməlidir. Namaz, dua və dini ayinləri heç nə əvəz edə bilməz. Biz din xadimləri insanlara bu həqiqəti çatdırmalıyıq ki, süni intellekt zəkalı olsa da, ruhu olmadığından ibadətdə insanı əvəz edə bilməz. Suni intellektin elm, təhsil, texnika, tibb, xidmət, istehsal və sair sahələrdə olduqca böyük imkanları var və bəşər övladı bu imkanlardan yararlanmaqdadır və bu caizdir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
Kulibali: UN-Habitat-ın Azərbaycanla əməkdaşlığı Afrika ilə təcrübə mübadiləsi üçün körpü ola bilər
-
İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar













