Qurban Qurbanov: "Çox böyük təcrübə əldə edəcəyimiz oyundur"
"Çox böyük təcrübə əldə edəcəyimiz oyundur".
Far.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, bu, Azərbaycan futbol tarixində bir ilkdir:
"Nyukasl Yunayted" çox tanımış və köklü klubdur. Oyuna hazırlaşmağa vaxtımız az oldu. Oyunçularım oyuna çox diqqətli hazırlaşırlar və bu oyunu səbirsizliklə gözləyirlər. Rəqibi analiz etmişik. Bizə uyğun olmayan oyun stilləri var. Məncə, İngiltərədə heç bir komanda "Nyukasl Yunayted"ə qarşı oynamaq istəmir. Çünki onlar rəqibə öz oyununu oynamağa imkan vermirlər. Öz meydanımızda cəsarətli, ağıllı oyun oynamaq istəyirik. Rəqib bizi bir sıra komponentlərdə üstələsə də, oyunçularımın ən yaxşı oyununu oynayacağına inanıram".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunu sabah saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Çempionlar Liqası: "Liverpul"a məğlub olan "Qarabağ" pley-offa yüksəlib - YENİLƏNİB-9
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Latviya Prezidenti Baş nazir vəzifəsinə müxalif deputatın namizədliyini irəli sürüb
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"













