UEFA Çempionlar Liqası: "Qalatasaray" "Yuventus"u darmadağın edib
Far.Az xəbər saytı

UEFA Çempionlar Liqası: "Qalatasaray" "Yuventus"u darmadağın edib


İstanbulun "Qalatasaray" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Yuventus"u darmadağın edib.

"Report"un məlumatına görə, İstanbuldakı "Rams Park" stadionunda keçirilən görüş 5:2 hesabı ilə başa çatıb.

Oyunda hesabı meydan sahibləri açıb – 15-ci dəqiqədə Qabriel Sara fərqlənib. Bir dəqiqə sonra "Yuventus" Ten Kopmeynersin qolu ilə tarazlığı bərpa edib. 32-ci dəqiqədə niderlandlı futbolçu dublunu rəsmiləşdirib. Bu, qonaqların son qolu olub.

İkinci hissədə "Qalatasaray" futbolçuları dörd dəfə fərqləniblər. 49-cu və 75-ci dəqiqələrdə Noa Lanq, 60-cı dəqiqədə Davinson Sançes, 86-cı dəqiqədə isə Saşa Boe qol vurub.

67-ci dəqiqədə "Yuventus"un oyunçusu Xuan Kabal ikinci sarı vərəqə alaraq meydanı tərk edib.

Cavab görüşü 26 fevralda, Bakı vaxtı ilə saat 00:00-da Turin şəhərindəki "Allianz Stadium"da keçiriləcək.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Çempionlar Liqası: "Liverpul"a məğlub olan "Qarabağ" pley-offa yüksəlib - YENİLƏNİB-9
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər