Hesablarımızı kiberdələduzlardan qorumaq üçün nə etməliyik?
"Tək "WhatsApp" 65, bir sosial media hesabı 50, telefondakı bütün hesab və yazışmaların ələ keçirilməsi isə 150 manatdır". Son vaxtlar sosial şəbəkələrdə bu cür təhlükəli elanlar yayılıb.
Özünü kibertehlükəsizlik üzrə mütəxəssis kimi təqdim edən şəxslər pul müqabilində istənilən "WhatsApp" hesabını ələ keçirə biləcəklərini iddia edirlər.
Baku TV "WhatsApp" hesabını sındırdığını iddia edən şəxslərin biri ilə əlaqə saxlayıb. Müştəri kimi yazaraq bir nəfərin hesabına daxil olmaq istədiklərini bildiriblər. Şəxs iddia edib ki, bunu etmək üçün təkcə telefon nömrəsi kifayətdir, qiymət isə 65 manatdır.
Bəs "WhatsApp" hesabının ələ keçirilməsi nə dərəcədə realdır? İKT üzrə mütəxəssis Fərhad Mirəliyev mövzu ilə bağlı bildirib ki, bu yalnız bir yolla mümkündür:
"İstifadəçilərə təhlükəsizlik elementi olaraq ikifaktorlu doğrulama təqdim olunur. Amma buna baxmayaraq, heç də hər kəs ikimərhələli doğrulama funksionallığını aktiv etmir. Əgər sadə qeydiyyat variantı üzərində dayanılsa, bu, OTP kod vasitəsilə həyata keçirilir. O zaman kənardan bu kod əldə olunarsa, dələduzlar həmin 'WhatsApp' hesabının onlara məxsus digər mobil cihazlarda qeydiyyatını həyata keçirə bilərlər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar













