Yaponiya WUF13-də fəlakət risklərinin azaldılması sahəsində əməkdaşlıq təklif edib
Yaponiya Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) platformasında təbii fəlakətlərin qarşısının alınması, infrastrukturun bərpası və nəqliyyatyönümlü planlaşdırma sahəsindəki öz təcrübəsini təqdim edərək, dayanıqlı şəhər inkişafı və torpaq resurslarının idarə edilməsi sahəsində beynəlxalq əməkdaşlığı fəallaşdırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bunu Yaponiyanın torpaq resursları, infrastruktur, nəqliyyat və turizm nazirinin müşaviri Şiomi Hideyuki WUF13-də nazirlərin dəyirmi masasında bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar Yaponiya tərəfi forum çərçivəsində milli torpaq resurslarının dayanıqlı istifadəsinə həsr olunmuş panel müzakirəsi təşkil edir: "Yaponiya fəlakət risklərinin azaldılması, böhrandan sonrakı bərpa və yenidənqurma, nəqliyyatyönümlü şəhər inkişafı, əlçatan mənzillə təminat, eləcə də məkanın mərkəzsizləşdirilməsi - iqtisadi və sosial fəaliyyətin həddindən artıq məskunlaşmış meqapolislərdən regionlara köçürülməsi kimi sahələrdə qabaqcıl bilik və təcrübəsini bölüşməyə hazırdır. Bu səylərin səmərəli şəkildə həyata keçirilməsi naminə bütün ölkələr üçün əlçatan olan platformaların yaradılması son dərəcə vacibdir". Onun sözlərinə görə, Yaponiya BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə belə platformaların işinə öz töhfəsini verməyə davam edəcək: "Cari forum çərçivəsində biz "Dayanıqlı milli torpaq resursları" mövzusunda panel müzakirəsi keçirəcəyik və sizi orada iştirak etməyə dəvət edirik".
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar













