"Mərkəzi Azəri" platformasından hasil edilən neftin həcmi açıqlanıb
Far.Az xəbər saytı

"Mərkəzi Azəri" platformasından hasil edilən neftin həcmi açıqlanıb


Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağındakı "Mərkəzi Azəri" platforması istismara verildiyi tarixdən indiyədək 157 milyon ton neft hasil edilib.

"Far.Az" bu barədə "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir.

Bildirilib ki, bu gün "Mərkəzi Azəri" platformasından ilk neftin hasil edilməsindən 21 il keçir.

Xatırladaq ki, 18 fevral 2005-ci ildə Prezident İlham Əliyev yeni inşa olunmuş "Mərkəzi Azəri" hasilat, qazma və yaşayış platformasına səfər edərək AÇG-nin tammiqyaslı işlənməsinin başlandığını bildirən ilk neftin əldə olunmasını rəsmi tədbirlə qeyd edib.

Qeyd edək ki, "Mərkəzi Azəri" platforması Bakıdan 100 kilometr şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 128 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. 2005-ci ilin fevralından istismarda olan platforma "Azəri" yatağının mərkəzi hissəsindən neft hasil etmək üçün tikilib. Platformadan əlavə, yaşayış, qazma, hasilat, texnoloji emal, kompressiya və laya qaz, su, şlam vurulması obyektlərini əhatə edən iri bir dəniz kompleksi yaratmaq məqsədilə "Mərkəzi Azəri"də bir kompressor və suvurma platforması (KvəSP) quraşdırılıb və körpü ilə HQY platformasına birləşdirilib.

"Mərkəzi Azəri" obyektlərinə 48 quyu gövdəsinə malik HQY platforması, platformadan Səngəçal terminalına qədər 30 düymlük sualtı neft boru kəməri, Səngəçal terminalına qədər 28 düymlük qaz boru kəməri və qurudakı mövcud Səngəçal terminalının genişləndirilməsi daxildir.

"Mərkəzi Azəri" platformasından 2025-ci il ərzində ümumi hasilat gündə orta hesabla 90 000 barel təşkil edib.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər