Trampdan İrana sərt mesaj: "Belə etsələr, yox olacaqlar"
Far.Az xəbər saytı

Trampdan İrana sərt mesaj: "Belə etsələr, yox olacaqlar"


ABŞ Prezidenti Donald Tramp İranla davam edən gərginlik fonunda Tehrana sərt xəbərdarlıq edib.

Far.Az xəbər verir ki, Tramp ABŞ-nin "News Nation" telekanalına müsahibəsində bildirib ki, əgər İran ona qarşı sui-qəsd cəhdi edərsə, Vaşinqton çox güclü cavab verəcək. O, belə bir addımın İran üçün "dəhşətli nəticələr" doğuracağını vurğulayıb.

ABŞ lideri qeyd edib ki, mümkün təhdidlərə qarşı artıq müvafiq göstərişlər verib. "İranın məni öldürməsi onlar üçün qorxunc olar. Bunu etsələr, yox olacaqlar", – deyə Tramp bildirib.

Onun bu açıqlamaları İran və ABŞ arasında onsuz da yüksək olan siyasi və hərbi gərginliyin daha da artması ehtimalını gündəmə gətirib.

Rəsmi Tehran tərəfindən isə hələlik məsələyə münasibət açıqlanmayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər