C6 ölkələrinin hərbi və müdafiə sənayesi sahəsində birgə əməkdaşlığı təklif olunub
C6 ölkələrinin hərbi və müdafiə sənayesi sahəsində birgə əməkdaşlığı təklif olunub.
"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti yanında Milli Qurultayın (Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə yaradılmış, cəmiyyətdəki dialoqu gücləndirmək, strateji məsələləri və milli birliyi müzakirə etmək məqsədi daşıyan məsləhətçi orqandır - red.) üzvü Talqat Əliyev "C6: Vahid region, ortaq gələcək – Srateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, hazırda dünyada beyin mərkəzlərinə ehtiyac var:
"Mərkəzi Asiya ölkələri sənaye güclərini inkişaf etdirə bilər. Bu gün sadəcə resurs satmaq yox, onları texnologiya müqabilində təqdim etmək imkanımız var. Mən davamlı şəkildə istehsal-texnoloji bazamızı gücləndirməyi və insan kapitalının səviyyəsini artırmağı təklif edərdim. Təlükəsizliyimizi, müdafiə qabiliyyətimizi və beynəlxalq çəkimizi inkişaf etdirmək son dərəcə vacibdir".
T.Əliyev bildirib ki, emal sənayesini inkişaf etdirmək lazımdır:
"Biz həmçinin orduda öncül istiqamət yarada, müdafiə məqsədilə qəbul edilmiş hərbiləşdirilmiş robotların istehsalını təşkil edə bilərik. Bu da təhlükəsizliyimizin qorunmasına xidmət edə bilər. Fikrimcə, Türkiyə, Çin təcrübəsindən faydalanmaq olar. Eyni zamanda, Avropa İttifaqı, ABŞ-la əlaqəni gücləndirməliyik".
Qazaxıstan rəsmisi vurğulayıb ki, C6-da həm də formal institutlara ehtiyac var:
"Biz daha çevik, effektiv təkliflər verməliyik. Gənclər üçün ümumi proqramlar hazırlanmalıdır. Məqsəd xaricdə təhsil alan gənclərin ölkəyə qayıtmasını təmin etməkdir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb













