"Binə"də dava-dalaş saldı - Həbs edildi
Far.Az xəbər saytı

"Binə"də dava-dalaş saldı - Həbs edildi


Paytaxtın Qaradağ rayonunda yerləşən "Binə" ticarət mərkəzində ictimai asayişi pozan şəxs inzibati məsuliyyətə cəlb edilib.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ticarət mərkəzinin ərazisində yerləşən "Nəvələrim" kafesində baş verib.

Belə ki, bir neçə gün əvvəl səhər saatlarında kafeyə daxil olan şəxs səs-küy salaraq spirtli içki tələb edib.

Həmin şəxs kafe sahibinin polisə müraciət etməsindən sonra Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun Lökbatan qəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü S.Bayramov (şərti) olduğu müəyyənləşib. Spirtli içkinin təsirində olan şəxsin qanında narkotik maddə də aşkarlanıb.

Polis tərəfindən onun barəsində inzibati protokol tərtib edilərək Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə 29 yaşlı şəxs 15 sutkalıq inzibati həbs edilib.

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər