Azərbaycanda üztanıma texnologiyaları iqtisadi zonalarda tətbiq oluna bilər
Azərbaycanda üztanıma texnologiyalarının tətbiqi iqtisadi zonalarda da mümkündür.
Bunu "Far.Az"un sualını cavablandırarkən İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.
Onun sözlərinə görə, süni intellekt əsaslı üztanıma sistemləri iqtisadi zonalarda giriş-çıxış nəzarətinin avtomatlaşdırılması, təhlükəsizlik səviyyəsinin artırılması və əməliyyat proseslərinin optimallaşdırılması baxımından effektiv alət ola bilər.
F.Cəfərov qeyd edib ki, bu texnologiyalar vasitəsilə müəssisə və istehsalat sahələrində əməkdaşların identifikasiyası sürətləndirilə, icazə rejimi daha şəffaf və idarəolunan formada təşkil edilə bilər: "Eyni zamanda, insan amili ilə bağlı risklərin azaldılması, operativ qərarvermə imkanlarının genişləndirilməsi mümkündür. Üztanıma və digər biometrik həllərin tətbiqi sənaye parklarında rəqəmsal transformasiyanın dərinləşdirilməsinə, idarəetmə proseslərinin müasirləşdirilməsinə, ümumilikdə rəqabətqabiliyyətli mühit formalaşdırılmasına xidmət edir".
O, əlavə edib ki, məqsəd süni intellekt əsaslı texnologiyaları iqtisadi zonalarda mərhələli şəkildə tətbiq etmək və innovativ həllərin sahibkarlar üçün əlçatanlığını artırmaqdır.
Oxşar xəbərlər
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Rəqəmsal keçid: Azərbaycan iqtisadiyyatının yeni dayaqları formalaşır - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azər Allahverənov: TDT ölkələri QHT-lərinin birgə layihələri inteqrasiya prosesinə töhfə verəcək













