Javlon Vahabov: Üç il ərzində Orta Dəhlizlə Azərbaycan ərazisindən daşımalar 90 % artıb
Far.Az xəbər saytı

Javlon Vahabov: Üç il ərzində Orta Dəhlizlə Azərbaycan ərazisindən daşımalar 90 % artıb


Son üç ildə Orta Dəhlizlə Azərbaycan ərazisindən yükdaşımalar 90 % artıb.

"Far.Az" xəbər verir ki, bunu Beynəlxalq Mərkəzi Asiya İnstitutunun direktoru Javlon Vahabov "Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf" mövzusunda panel sessiyasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, 2025-ci il ərzində Azərbaycanla Özbəkistan arasında ikitərəfli ticarət həcmi də təxminən 90 % artıb.

"Azərbaycan Cənubi Qafqazda Özbəkistanın yüksək səviyyədə etibarlı münasibətlər qurduğu ilk ölkə olub və ikitərəfli dialoq statusu müttəfiqlik münasibətləri səviyyəsinə çatdırılıb. Bu baxımdan Azərbaycan Rusiya və Qazaxıstanla yanaşı üçlüyü tamamlayır", - o qeyd edib.

Türkmənistan XİN yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev isə qeyd edib ki, Orta Dəhlizin inkişafı ilə Xəzər dənizi təbii maneə olmaqdan çıxaraq yük axınının idarə edilməsinin əsas prioritet olduğu birləşdirici həlqəyə çevrilir.

"Səylərin sıx koordinasiyası Türkiyə vasitəsilə Avropaya ən qısa yol açan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna yeni nəfəs verməyə imkan yaradır", - Şiriyev qeyd edib.

O əlavə edib ki, Azərbaycanın C5 formatına qoşulması karbohidrogen enerji mənbələrinin bərpa olunan enerji ilə birgə mövcud olduğu qapalı və dayanıqlı sistem qurmağa imkan verir. "Belə sinerji regionun daxili ehtiyaclarını ödəməklə yanaşı, həm də xarici bazarlara enerji tədarükünü təmin etməyə imkan yaradır", - o vurğulayıb.

Oxşar xəbərlər

Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər