Səfir: Azərbaycan miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini dəstəkləyir
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev Kanadanın beynəlxalq təşkilatdakı Daimi Nümayəndəliyinin ev sahibliyi ilə keçirilən Qlobal Miqrasiya Paktı (GCM) Çempion Ölkələrin səfirləri görüşündə çıxış edib.
"Far.Az"un ABŞ bürosu xəbər verir ki, səfir Azərbaycanın 2026-cı il üçün GCM Çempion Ölkələr təşəbbüsünə həmsədrliyə namizədliyini irəli sürdüyünü bildirib və təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təşviqinin ölkənin əsas prioritetlərindən olduğunu vurğulayıb. O, miqrasiya sahəsində effektiv nəticələrin əldə olunması üçün çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd edib.
Səfir qeyd edib ki, GCM Çempion Ölkəsi kimi Azərbaycanın miqrasiya idarəçiliyi sahəsində əsas məqsədləri təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi, qeyri-qanuni miqrasiya ilə bağlı həssaslıqların azaldılması və miqrasiyanın dayanıqlı inkişaf üçün katalizator kimi potensialından səmərəli istifadə olunmasıdır. Bu istiqamətdə Azərbaycan effektiv miqrasiya idarəçiliyinin inkişafı, xüsusilə qanuni miqrasiya yollarının möhkəmləndirilməsi və genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.
Diplomat cari ilin mayında BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək İkinci Beynəlxalq Miqrasiya İcmal Forumunun (IMRF) Qlobal Paktın icrasının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.
Qeyd olunub ki, Azərbaycan IMRF çərçivəsində Milli Könüllü Hesabatın yenilənməsi, yeni öhdəliklərin hazırlanması və qabaqcıl təcrübələrin təqdim olunması istiqamətində iş aparır və GCM-in effektiv icrasına töhfə verməyə sadiqdir.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Layiqli Əmək Səfirləri ilə görüş keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qarakənd faciəsindən 35 il ötür
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













