Salyanda müəmmalı hadisə: "Heç bir iz tapa bilmədik"
Far.Az xəbər saytı

Salyanda müəmmalı hadisə: "Heç bir iz tapa bilmədik"


Salyan şəhər sakini Rafayət Nəsirov itkin düşüb.

Şəhərin Əli bəy Hüseynzadə küçəsində yaşayan 86 yaşlı kişi 2026-cı ilin yanvarın 31-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

"Yanvarın 31-də evdən çıxıb, o vaxtdan da bir xəbər yoxdur. Axşam evə gəlib atamı soruşdum, dedilər ki, indicə çimib, yemək yeyib yatmağa gedib. Həmin gün gecə hamı yatandan sonra evdən çıxıb. Nə qədər axtardıqsa, heç bir iz tapa bilmədik. Düşündük ki, bəlkə Kürə tərəf gedib. Amma onun fikrində Kürə getmək olmayıb. Salyandan təxminən 5-6 kilometr piyada Neftçala yolu istiqamətində gedib, orada kameraya düşüb. Həmin ərazidə baxmadığımız yer qalmayıb. Heç bir xəstəliyi yox idi, lakin son bir ayda yaddaşında zəifləmə müşahidə olunurdu. Heç kimə əziyyət verən adam olmayıb", - deyə itkin düşən şəxsin oğlu bildirib.

Məsələ ilə bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb. Hazırda Rafayət Nəsirovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir - YENİLƏNİB
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mübariz Şahmurov dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər