Ukrayna və Almaniya birgə müdafiə istehsalının inkişafını müzakirə edib
Far.Az xəbər saytı

Ukrayna və Almaniya birgə müdafiə istehsalının inkişafını müzakirə edib


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüş keçirib.

"Report" xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında bildirib.

O, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin əvvəlindən bəri göstərilən yardıma görə Almaniyaya təşəkkür edib: "Bu müddət ərzində artıq 28,6 milyard avrodan çox yardım olunub. Bu, müdafiəmizin əhəmiyyətli dərəcədə gücləndirilməsidir".

Onun sözlərinə görə, tərəflər birgə müdafiə istehsalının inkişafını müzakirə ediblər. "Biz artıq altı layihəyə ümid edə bilərik. Həmçinin Ukraynanın Almaniya ilə "Drone Deal" formatında işləmək təklifi var. Bunu həyata keçirə biləcəyimizə ümid edirik. Aprel ayında imzaladığımız, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üzrə razılaşmalarımızı da yüksək qiymətləndiririk. Bu, enerji infrastrukturumuzun qorunması üçün vacibdir. Avropa istənilən təhdidlərdən, xüsusən də ballistik təhlükələrdən müdafiədə özünə yetərli olmalıdır. Bu istiqamətdə necə irəliləyə biləcəyimizi müzakirə etdik", - Zelenski yazıb.

Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsində sülhə nail olmaq üçün diplomatik prosesə və danışıqlarda Avropanın yerinə xüsusi diqqət yetirilib. "Həm sülh yolu ilə nizamlama prosesində, həm də ölkəmizin bərpasında çox şey məhz Avropadan asılıdır", - Ukrayna lideri vurğulayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər