Hamiləlikdə qrip və infeksiyalardan necə qorunmalı? - Həkimdən tövsiyələr
"Hamiləlik zamanı qadının immun sistemi aşağı olur. Sözsüz ki, bu zaman hər bir virus və bakterial infeksiyaya qarşı həssaslıq yaranır".
Bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Axundova diqqətə çatdırıb.
Onun sözlərinə görə virus infeksiyalar hamilə qadınlar üçün təhlükəlidir:
"Bu zaman ciftin trombozu, mamalıq qanaxmaları, dölün inkişafının dayanması və ya erkən doğuşlar ola bilər. Bir çox hallarda isə virus infeksiya süstgedişli və simptomsuz olsa da, döldə əsasən bətndaxili infeksiyalaşma və ona bağlı inkişaf qüsurları, patoloji hallar yaranır. Hamilələr qripdən sonra bəzən yanlış olaraq müalicə həkiminə yox, ultrasəs müayinəsinə gedərək dölyanı mayelərin bulanıq olmasından narahatlıq keçirirlər. Lakin əsas bu göstərici deyil. Əsas olan həkimin tövsiyəsi ilə Doppler USM-si ilə qan dövranının yoxlanılması və müəyyən qan testlərindən keçilməsidir".
Mütəxəssis-ekspert qeyd edib ki, mövsümi qrip xəstəlikləri kəskin respirator ağırlaşmalar (bronxit, pnevmoniya) verə və bu, dölə də mənfi təsirlər göstərə bilər:
"Qeyd edim ki, Səhiyyə Nazirliyi tərəfindən əhali arasında profilaktik və antiepidemik tədbirlərin gücləndirilməsi üçün qrip əleyhinə Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Ona görə hər bir qadına tövsiyəmiz odur ki, hamiləlik planlaşdırmadan öncə ölkəmizdə hazırda mövcud olan qrip əleyhinə peyvənddən yararlansınlar. Hamilə qadınlara da bu tövsiyə olunur. Qonşu ölkələrdə (Rusiya, Qazaxıstanda, Türkiyə) bu praktika aparılır.
Bundan əlavə, sidik yollarının infeksiyaları da ciddi məsələdir. Hər ay hamilə qadın mütləq şəkildə bu analizə fikir verməlidir, çünki simptomsuz bakteriya kimi bir patologiya var. Onu yalnız həkim sidik əkilməsindən sonra aşkar edə bilər. Bu patoloji haldır və dölə mənfi təsirlər göstərə bilər. Belə hallarda həkim uroloqlar da müalicəyə qoşulur və hamiləlik müddətində daim kontrol edirlər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
FT: Starmerin istefası üçün edilən cəhdlər Britaniyada dövlət aparatını iflic edə bilər













