Neftçala ərzaq bazarında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Neftçala rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında plandankənar yoxlama keçirilib.
Far.Az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı qida təhlükəsizliyi və sanitariya-gigiyena tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, satışa çıxarılan qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib, məhsullar üzərində etiket məlumatları olmayıb. Balıq və süd məhsullarının soyuducudan kənarda açıq şəkildə satıldığı müəyyən edilib. Xüsusilə bazarda mal qonşuluğu və tez xarab olan qida məhsullarının satışına dair tələblərinin pozulması halları müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib olunub. Bazarda süd və süd məhsullarının satışının dayandırılması barədə qərar qəbul edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.
AQTA tərəfindən ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunmasıdır. Bu tələblərin icrası, eləcə də nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə bazar rəhbərlərinin üzərinə düşür.
Qalereya
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Bakıdakı bazarlardan birində balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
"8-ci km" bazarında nöqsanlar aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb
-
FT: Starmerin istefası üçün edilən cəhdlər Britaniyada dövlət aparatını iflic edə bilər













