Cəlilabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Mahir Quliyevlə vida mərasimi keçirilib
Far.Az xəbər saytı

Cəlilabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Mahir Quliyevlə vida mərasimi keçirilib


Cəlilabad şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mahir Abuzər oğlu Quliyevlə vida mərasimi keçirilib.

"Report"un Muğan bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Cəlilabad rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mahir Abuzər oğlu Quliyev 1958-ci il oktyabrın 31-də Cəlilabad şəhərində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

M.Quliyev Cəlilabad şəhər qəbiristanlığında dəfn ediləcək.

Oxşar xəbərlər

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mübariz Şahmurov dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər