Bakıda I Azərbaycan-Türkmənistan QHT Əməkdaşlıq Forumu mövzusunda panel müzakirəsi keçirilib
Bakıda I Azərbaycan-Türkmənistan QHT Əməkdaşlıq Forumu mövzusunda panel müzakirəsi keçirilib.
"Far.Az" xəbər verir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu çərçivəsində baş tutan tədbir zamanı müxtəlif ictimai birliklərin sədrləri fərqli mövzularda fikirlərini bölüşüblər.
"Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Aynur İbrahimova Türk dövlətlərinin ortaq mədəni irsinin önəmindən danışıb:
"İnsanlar kənd həyatından şəhərə köç etdilər. Bu zaman inanclar, yaşayış stili də dəyişikliyə məruz qaldı. Lakin dəyişməyən tək şey xalqın mədəniyyəti, onun mədəni irsidir. Türk dövlətlərini də birləşdirən məhz onların mədəni irsidir".
"İslahatçılar və İnnovasiya Qadınları" İctimai Birliyinin sədri Vüsalə Hüseynli Azərbaycan və Türkmənistan münasibətləri barədə fikirlərini bölüşüb:
"Azərbaycan və Türkmənistan arasında siyasi, təhsil və mədəniyyət sahəsində bir sıra razılaşmalar əldə olunub. Bu razılaşmalar iki ölkənin münasibətlərinin daha da sıxlaşmasına zəmin yaradacaq. İki ölkənin sıx əməkdaşlığı bir sıra yüksək səviyyəli işlərə imza atmağa səbəb olacaq".
Türkmənistandakı "CAREC" Layihə Ofisinin direktoru Mergen Kepbanov Azərbaycan və Türkmənistanın əməkdaşlıq edə biləcəyi sahələrə toxunub:
"Ölkələrimiz arasında praktiki əməkdaşlıq önəmlidir. Ekoloji maarifləndirmə, mədəni irsin qorunması sahələri də diqqətdən kənarda qalmamalıdır. Humanitar əməkdaşlıq və xalqlarımızın gələcək rifahı naminə birgə addımlar atılmalıdır".
"Təzə Zaman" İctimai Birliyinin sədri Mübarək Qurbanova isə Xəzər dənizinin qorunması məsələsinə toxunub:
"Bu istiqamətdə müxtəlif texnologiyalardan istifadə oluna bilər. Bu məsələyə gənclər və ekofəallar cəlb olunmalıdır. Təhsil sahəsində də Xəzər dənizinin qorunması məsələsi gündəmdə saxlanılmalıdır".
Panel müzakirələrlə davam edib.
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













