Rusiya və Qazaxıstanda saxlanılan Azərbaycan vətəndaşları ölkəyə ekstradisiya edilib
Far.Az xəbər saytı

Rusiya və Qazaxıstanda saxlanılan Azərbaycan vətəndaşları ölkəyə ekstradisiya edilib


Beynəlxalq axtarışa verilmiş daha 2 şəxs Azərbaycana ekstradisiya edilib.

"Far.Az" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan vətəndaşları Əliyev Rauf Rüstəm oğlu və Əhmədov Natiq İntiqam oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatətlər müvafiq olaraq Rusiya və Qazaxıstanın Baş Prokurorluqları tərəfindən təmin edilib.

Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə Əliyev Rauf Rüstəm oğlunun xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Əhmədov Natiq İntiqam oğlunun isə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul olunub və onların istintaqdan yayınaraq gizləndiklərinə görə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rauf Əliyev Rusiyada, Natiq Əhmədov isə Qazaxıstanda saxlanılıb.

Hər iki şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

MƏLUMAT YENİLƏNİR...

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər