Azərbaycanda üç yaşınadək uşağa qulluğa görə müavinət artırıla bilər
Azərbaycanda üç yaşınadək uşağa qulluğa görə verilən müavinət artırıla bilər.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ 2026-28-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə əksini tapıb.
Qeyd olunur ki, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı tədbir görüləcək.
Məlumat üçün bildirək ki, sığortaolunanın qismən ödənişli sosial məzuniyyət əmri sığortaedən tərəfindən "Əmək və məşğulluq" altsistemində yaradıldıqda sığortaolunana üç yaşınadək uşağa qulluğa görə müavinət qanunvericiliklə müəyyən olunmuş məbləğdə avtomatlaşdırılmış qaydada təyin edilir.
Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə yaşyarımadək uşağa qulluğa görə 44 manat, uşağın yaşyarımdan üç yaşınadək ona qulluğa görə isə 28 manat müavinət ödənilir.
Əlilliyi olan üç yaşınadək uşağa qulluğa görə müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinət məbləğinin ikiqatı miqdarında verilir.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin SİYAHISI
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır
-
Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib
-
Türkiyənin 21 bölgəsində əməliyyat! Tanınmış jurnalist də daxil olmaqla 200 NƏFƏR SAXLANILDI













