Tramp beynəlxalq siyasətdə şəxsi münasibətlərin əhəmiyyətini vurğulayıb
ABŞ Prezidenti Donald Tramp bir sıra xarici liderləri dəstəklədiyini bildirərək beynəlxalq siyasətdə şəxsi münasibətlərin əhəmiyyətini vurğulayıb.
"Report" xəbər verir ki, o, bunu Vaşinqtonda Sülh Şurasının ilk iclasında bəyan edib.
"Mən bu önəmli görüşə gəlmək üçün uzun yol qət etmiş liderlər və yüksək rütbəli qonaqlara təşəkkür etmək istəyirəm. Bu bina sülh naminə tikilib və heç kim onun adını necə qoymağı bilmirdi. Sonra isə onu mənim şərəfimə adlandırdılar", - Tramp deyib.
"Mən bu vacib görüşdə iştirak etmək üçün uzun yol qət etmiş liderlərə və yüksək vəzifəli qonaqlara təşəkkür etmək istəyirəm. Bu bina sülh naminə inşa edilib və heç kim onu necə adlandıracağını bilmirdi. Sonra onu mənim şərəfimə adlandırdılar", - Tramp bildirib.
Tramp Albaniyanın Baş naziri Edi Rama, Argentina Prezidenti Xavyer Miley, Macarıstanın Baş naziri Viktor Orban, Yaponiyanın Baş naziri Sanae Takaiçiyə dəstəyini ifadə edib.
"Mən Yaponiyanın Baş nazirinə də dəstək verdim. Onun seçki yarışı gərgin keçdi və o, Yaponiya tarixində ən böyük nəticə ilə qalib gəldi. Buna görə də o, məni çox sevir", - ABŞ lideri qeyd edib.
Tramp xüsusilə vurğulayıb ki, Macarıstanda keçiriləcək seçkilərdə Orbanı qeyd-şərtsiz dəstəkləyir. "Seçkilərdə o, mənim tam və qeyd-şərtsiz dəstəyimə malikdir. Avropada belə dəstək heç də hamının xoşuna gəlmir, amma eybi yoxdur. Tezliklə sizdə seçkilər keçiriləcək və düşünürəm ki, hər şey yaxşı olacaq", - o bildirib.
ABŞ Prezidenti Hindistan və Pakistan arasındakı münaqişənin həllində vasitəçiliyini xatırladaraq, Pakistan lideri Şahbaz Şərifə rəğbətini ifadə edib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı













