Netanyahu: İran hücum etsə, təsəvvür edə bilməyəcəyi cavabla üzləşəcək
Əgər İran səhv edib İsrailə hücum etsə, təsəvvür belə edə bilməyəcəyi cavabla üzləşəcək.
"Far.Az" "Times of İsrael"ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Müdafiə Ordusunun kursantlarının buraxılış mərasimində deyib.
Netanyahu vurğulayıb ki, İsrail İran təhlükəsinə qarşı əsas müttəfiqi olan ABŞ ilə çiyin-çiyinə fəaliyyət göstərir.
Onun sözlərinə görə, keçən həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı o, İranla aparılacaq danışıqların əsas prinsipləri ilə bağlı İsrailin mövqeyini izah edib.
Qeyd edək ki, regionda gərginlik son günlərdə nəzərəçarpacaq dərəcədə artıb. ABŞ regiona əhəmiyyətli hərbi-dəniz və aviasiya qüvvələri yerləşdirib. Məlumata görə, bu, 2003-cü ildən bəri Amerika qüvvələrinin regionda ən böyük yerləşdirilməsidir.
ABŞ və İran nüvə proqramı üzrə iki raund danışıqlar keçirsə də, Ağ Ev tərəflərin mövqelərinin hələ də bir-birindən uzaq olduğunu açıqlayıb. Tramp yaxın on gün ərzində İranla bağlı qərar qəbul ediləcəyini bəyan edib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı













