Çin, İran və Rusiya Yaxın Şərqdə hərbi təlimlər keçirəcək
Far.Az xəbər saytı

Çin, İran və Rusiya Yaxın Şərqdə hərbi təlimlər keçirəcək


Çin, İran və Rusiya Hörmüz boğazında birgə dəniz təlimləri keçirəcək.

"Report" xəbər verir ki, bu barədə "The War Zone" məlumat yayıb.

Qeyd olunub ki, rəsmi Moskva və Tehran regionda baş verən hadisələr nəzərə alınmaqla "Dəniz Təhlükəsizlik Kəməri 2026" təlimlərini xüsusilə aktual hesab edir.

ABŞ-nin İrana mümkün hücumu nəzərə alınmaqla, Çin və ya Rusiya gəmilərinin bu sularda olması həm hərbi, həm də siyasi nəticələrə səbəb ola bilər.

Məqalədə bildirilib ki, təlimlərin vaxtı onların əməliyyat əhəmiyyətindən daha çox simvolik əhəmiyyətə malik olduğunu göstərir.

Bu təlimlərin bir hissəsi olaraq, Rusiya, Çin və İran dəniz qüvvələrinin Hörmüz boğazında koordinasiya, taktiki hazırlıq və sürətli reaksiya prosedurlarını sınaqdan keçirmək üçün müxtəlif gəmilər və əməliyyat imkanları ilə iştirak etməsi gözlənilir.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər