Antimilli ünsürlərə ilk dəstəyin erməni lobbisindən gəlməsi təsadüfi deyil - RƏY
Far.Az xəbər saytı

Antimilli ünsürlərə ilk dəstəyin erməni lobbisindən gəlməsi təsadüfi deyil - RƏY


Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin, söz sahibliyinin möhkəmlənməsini, artan nüfuzunu həzm edə bilməyən dairələr müxtəlif platformalardan istifadə edərək ölkəmizə qarşı qərəzli addımlar atırlar.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, ötən gün Vaşinqtonda bir neçə antimilli ünsürün Prezident İlham Əliyevin qaldığı hotelin qarşısında təxribata cəhd etməsi də bunun bariz nümunəsidir.

"Qeyri-etik davranışları ilə diqqət çəkən və əxlaqsız ifadələr işlədən bir qrup dövlət başçısının qaldığı hotelə soxulmaq istəyiblər. Nüfuzlu beynəlxalq tədbirin keçirildiyi gün ABŞ-ın paytaxtında təhlükəsizlik qaydalarını kobud şəkildə pozmaq hüquqi məsuliyyət doğuran addımdır. ABŞ polisi və Prezidentin Təhlükəsizlik Xidməti bu insident zamanı yüksək peşəkarlıq nümayiş etdirirərək, çox çevik və koordinasiyalı fəaliyyət ortaya qoyublar", - deputat vurğulyıb.

Milli Məclisin deputatı qeyd edib ki, Vaşinqtonda təxribata cəhd edən antimilli ünsürlər ABŞ-dakı şovinist erməni dairələrinin sifarişləri ilə hərəkət edərək xalqımıza qarşı düşmənçilik edirlər:

Vüqar Rəhimzadə

"Erməni diasporunun güclü olduğu ölkələrdən biri ABŞ-dır. Müstəqilliyimizin bərpasının ilk illərində ABŞ yenicə müstəqillik qazanan ölkələrə, o cümlədən Azərbaycana dəstək göstərmək istəyən zaman ölkəmizə qarşı ədalətsiz "907-ci" düzəlişin tətbiqində də erməni lobbisinin rolu inkaredilməzdir. Bu, o zaman idi ki, xarici ölkələrdə Azərbaycan haqqında məlumatsızlıq hökm sürürdü. Həmin vaxt Azərbaycan diasporunun zəifliyi erməni lobbisinin yalan təbliğatlarının ayaq tutub yeriməsini şərtləndirirdi. Lakin bu gün vəziyyət tamamilə fərqlidir".

Millət vəkili hesab edir ki, Vaşinqtonda baş verən təxribatda antimilli ünsürlərə, xəyanətkarlara ilk dəstək verən də erməni diaspor təşkilatı ANCA oldu:

"Təsadüfdür? Əsla! Bu təşkilat mütəmadi şəkildə Azərbaycan dövlətinin əleyhinə fəaliyyətlə məşğuldur. Erməni diaspor təşkilatı bunun üçün ermənipərəst konqresmenlərdən, ələ aldığı media orqanlarından, ABŞ-da lövbər salmış və adını azərbaycanlı qoyan antimilli ünsürlərdən, xəyanətkarlardan istifadə edir. ANCA-dan dərhal sonra təxribatı dəstəkləyən Azərbaycanın xalqının və dövlətinin qatı düşməni Frenk Pallone oldu. Onun erməni lobbisi tərəfindən maliyyələşdirildiyi, onlar tərəfindən idarə olunduğu, ANCA-dan maaş aldığı sirr deyil".

Vaşinqtonda baş verən təxribatda antimilli ünsürlərə, xəyanətkarlara ilk dəstək verən də erməni diaspor təşkilatı ANCA oldu. Təsadüfdür? Əsla! Bu təşkilat mütəmadi şəkildə Azərbaycan dövlətinin əleyhinə fəaliyyətlə məşğuldur", - V.Rəhimzadə bildirib.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər