FIFA bu futbolçuya görə "Qarabağ"a transfer qadağası qoyubmuş
FIFA-nın "Qarabağ"a tətbiq etdiyi transfer qadağası ləğv olunub. Ali futbol qurumu mayın 8-də qoyduğu "stop"u bu gün götürüb.
Far.Az xəbər verir ki, bu barədə "Sportinfo.az" məlumat yayıb.
FIFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoymuşdu. Lakin məlum olub ki, "Qarabağ"ın bu məsələ ilə bağlı problemi həllini tapıb. Vitse-çempion bir neçə gün əvvəl transfer qadağası ilə üzləşən "Neftçi" ilə eyni taleyi yaşayıb.
Sayt son olayla bağlı mühüm bilgi əldə edib. Alınan informasiyaya görə, "Qarabağ" Julio Romaoya görə bu vəziyyətlə üzləşib. Belə ki, braziliyalı yarımmüdafiəçini 2022-cü ilin yayında sıralarına qatan "köhlən atlar"dan FIFA-ya şikayət edən "Santa Klara" olub.
Portuqaliya klubu 2025-ci ilin yayında "Qarabağ"ın Romaonu "Ferentsvaroş"a göndərib, əvəzində Kadi Borgesi geri qaytardığı transfer əməliyyatına görə beynəlxalq quruma öz narazılığını bildirib. "Santa Klara" bu "dəyiş-düyüş"ə görə təzminat tələbi irəli sürüb.
Bu səbəbdən FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu "qırmızı siyahıya salıb". Yalnız əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qaldırılıb.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
"Nə qədər ki, sağam, mahnılarıma qulaq asın"
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib













