Azərbaycan Premyer Liqasında daha bir matç keçirilib
Far.Az xəbər saytı

Azərbaycan Premyer Liqasında daha bir matç keçirilib


Misli Premyer Liqasının XXXII turunda daha bir matç keçirilib.

"Far.Az" xəbər verir ki, "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gəlib.

"SOCAR Polymer Arena"da baş tutan matç Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Patrik Andrade (36) və Ramon Maçado (76) vurublar.

Bu nəticədən sonra "Araz-Naxçıvan" 43 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 27 xala malik "Kəpəz" isə 10-cudur.

Qeyd edək ki, bu gün keçirilən digər görüşdə "Qəbələ" "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.

Oxşar xəbərlər

"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb – YENİLƏNİB
Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb
"Araz-Naxçıvan"ın futbolçusu Misli Premyer Liqasında 20-ci qolunu vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər