"Araz-Naxçıvan"ın baş məşqçisi: "Karvan-Yevlax"ın itirəcəyi heç nə yox idi"
Far.Az xəbər saytı

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Karvan-Yevlax"ın itirəcəyi heç nə yox idi"


"Karvan Yevlax" komandasının "Araz-Naxçıvan"la matçda itirəcəyi heç nə yox idi.

"Far.Az" xəbər verir ki, bunu Misli Premyer Liqasının XXI turunda "Karvan Yevlax"la oyundan sonra mətbuat konfransında Naxçıvan kollektivinin baş məşqçisi Andrey Demçenko deyib.

O, qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Futbolçulara oyunun çətin olacağını demişdim. Çünki "Karvan-Yevlax"ın itirəcəyi heç nə yox idi. Onlar sona qədər mübarizə aparacaqdılar. Birinci hissədə taktiki baxımdan planlaşdırdıqlarımızı reallaşdıra bilmədik. Yenə də səbirli olduq və əks-hücumda qol vurmaq üçün şansımızı yaxaladıq. İkinci hissədə bir qədər fərqli oynadıq. Çalışdıq rəqibə boş zona verməyək".

Qeyd edək ki, "Karvan Yevlax" - "Araz-Naxçıvan" oyunu qonaq komandanın 2:0 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər