Azərbaycan mədəniyyəti və mətbəxi Belçikada keçirilən "Tervuren" festivalında  təqdim olunub
Far.Az xəbər saytı

Azərbaycan mədəniyyəti və mətbəxi Belçikada keçirilən "Tervuren" festivalında təqdim olunub


"Fireland" Azərbaycanlılar Birliyi Belçikanın Brüssel şəhərində hər il ənənəvi keçirilən "Tervuren" festivalında Azərbaycan stendi ilə iştirak edib.

"Report"un Avropa bürosu xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun və Azərbaycanın Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə hazırlanan stenddə əcnəbilərə ölkəmizə aid müxtəlif mövzular barədə məlumat verilib.

Azərbaycan musiqisi, musiqi alətləri, tarixi abidələri, milli rəqsləri və milli geyimləri, eyni zamanda "Fireland"ın ingilis və fransız dilində Azərbaycan xalçalarına, musiqi alətləri olan tar, kamança və qavala aid hazırladığı broşurlar festival iştirakçılarının marağına səbəb olub.

Stendin bir hissəsində isə Azərbaycan mətbəxi və içkiləri qonaqlara təqdim olunub. Samovar çayı, feyxoa, heyva və zoğal şirələri, o cümlədən Azərbaycan şərabları iştirakçıların stendə marağını daha da artırıb. İştirakçıların əksəriyyəti bu təamların onlar üçün yenilik olduğunu vurğulayıblar.

Qeyd edək ki, "Tervuren" festivalı hər il may ayında Brüssel şəhərində keçirilir. Festivalda Brüssel və ətrafındakı şəhərlərdən müxtəlif ictimai, mədəni və diaspora təşkilatlarından yüzlərlə stendlər quraşdırılır. Artıq üç ildir ki, "Fireland" Azərbaycanlılar Birliyi bu festivalda Azərbaycan stendi ilə iştirak edir.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Azərbaycanın multikulturalizm dəyəri Belçikada - FOTOREPORTAJ
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər