Amsterdamın mərkəzi meydanında "Xocalıya ədalət" aksiyası keçirilib
Niderlandın paytaxtı Amsterdamın mərkəzində yerləşən Dam meydanında 1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinə aksiya keçirilib.
"Report"un Avropa bürosunun xəbərinə görə, tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində baş tutub.
Tədbirin əsas məqsədi dünya ictimaiyyətinin diqqətini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən mülki əhaliyə qarşı törədilmiş dəhşətli və əsassız qırğına cəlb etmək olub. Həmin faciəli gecə 106 qadın və 63 uşaq daxil olmaqla 613 nəfər qətlə yetirilib.
Aksiya iştirakçıları bildiriblər ki, hər hansı ədalətsizlik təzahürü, xüsusilə dinc əhaliyə qarşı yönəlmiş cinayət cəzalandırılmalıdır. Cəmiyyət faciələri unutmamalıdır ki, belə qətliamlar təkrarlanmasın.
Niderlanda yaşayan Cavidan Məmmədov aksiyaya maraq göstərən şəhər sakinlərinə Xocalı soyqırımı haqqında məlumat verib. Aksiyanın iştirakçıları Azərbaycan bayrağını ucaldıb, həmçinin günahsız həlak olmuş və zərər çəkmiş insanlar üçün ədalət tələb edən plakatlar qaldırıblar. Onlar "Xocalıya ədalət", "Soyqırıma yox", "Bəşəriyyət soyqırıma qarşıdır", "Sülh naminə" şüarları səsləndiriblər.
Gənc musiqiçilər, skripkaçı Emin Sadıqlı və tarzən Cavid Səlimov Xocalı faciəsi qurbanlarının xatirəsinə musiqi əsərləri ifa ediblər.
Aksiyanın keçirilməsini Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Benilüks ölkələri Azərbaycanlılarının Koordinasiya Şurasının Niderland üzrə nümayəndəliyi və Avropadakı azərbaycanlı qadınların "Ana Vətən" Birliyi dəstəkləyib.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qarakənd faciəsindən 35 il ötür
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













