Abşeron Rayon Mərkəzi Xəstəxanasında Whipple əməliyyatının icrasına başlanılıb
Abşeron Rayon Mərkəzi Xəstəxanasında ümumi cərrahiyyənin ən mürəkkəb əməliyyatlarından hesab edilən Whipple əməliyyatının icrasına başlanılıb.
Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, tibb müəssisəsinin ümumi cərrahiyyə komandası tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb. 72 yaşlı pasiyent üzərində icra olunan cərrahi əməliyyat təxminən 6 saat davam edib.
Əməliyyat zamanı pasiyentin onikibarmaq bağırsağı, mədəaltı vəzin baş hissəsi, ümumi öd axarının distal hissəsi və öd kisəsi xaric edilib. Daha sonra həzm sisteminin davamlılığını təmin edilməsi məqsədilə mədəaltı vəzin qalan hissəsi ilə bağırsaq, ümumi öd yolu ilə bağırsaq, həmçinin mədə ilə bağırsaq arasında cərrahi anastomozlar formalaşdırılıb.
Əməliyyatdan sonra 10 gün ərzində stasionar şəraitdə müalicə alan pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, Whipple əməliyyatı əsasən mədəaltı vəzin baş hissəsində yerləşən şişlərin, onikibarmaq bağırsağın və öd yollarının patologiyalarının müalicəsində tətbiq olunan mürəkkəb cərrahi prosedurdur.
Məlumat üçün bildirək ki, əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.
Oxşar xəbərlər
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib
-
Dünya futbolunun əfsanəsi Lotar Matteus: "Bakıdakı dünya çempionatına gəlmək mənim üçün xoşdur"













