Ekspert: "Maliyyə təşkilatlarında erkən xəbərdarlıq sistemi qurulmalıdır"
Far.Az xəbər saytı

Ekspert: "Maliyyə təşkilatlarında erkən xəbərdarlıq sistemi qurulmalıdır"


Maliyyə təşkilatlarında risklərin idarəedilməsi üçün erkən xəbərdarlıq sistemi qurulmalıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") Risklərin İdarə Edilməsi və Bankçılıq, Maliyyə və Sığorta komitələrinin üzvü, "NEQSOL Holding"in Risklərin İdarəedilməsi və Dayanıqlılıq üzrə rəhbəri Samir Kərimov bildirib.

Onun sözlərinə görə, hər fəaliyyətin əsas risk göstəriciləri onların uzunmüddətli davamlılığından və fəaliyyətindən bilavasitə asılıdır: "Risk management" (risklərin idarə edilməsi) bir nəzarət mexanizminin formalaşmasıdır, daha çox biznesin ayrılmaz hissəsidir. Hər bir maliyyə və qeyri-maliyyə təşkilatı öz hədəflərinə çatmaq üçün riskləri idarə etməlidir. Risk baş verəndən sonra deyil, risk baş verənə qədər onu əvvəlcədən başa düşmək, potensialını ölçmək vacibdir. Bunun üçün müəyyən bir erkən xəbərdarlıq sisteminin qurulması çox önəmlidir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər