Bosniya və Herseqovinanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək
Far.Az xəbər saytı

Bosniya və Herseqovinanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək


Bosniya və Herseqovinanın Xarici Ticarət və İqtisadi Əlaqələr naziri Staşa Koşarac (Staša Košarac) Azərbaycana səfər edəcək.

Bu barədə "Far.Az"un Balkan bürosuna açıqlamasında Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev məlumat verib.

Diplomat vurğulayıb ki, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti martın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak edəcək.

"Bosniya və Herseqovina keçən ilki iclasın da iştirakçısı olub. Ölkə öz enerji alma imkanlarını genişlənləndirmək və şaxələndirmək üçün Azərbaycana böyük ümidlər bəsləyir. Xüsusilə ilə Serbiyada Azərbaycanın dəstəyi ilə elektrik stansiyasının tikilməsi Bosniya və Herseqovinada iki entitetdən biri olan Serb Respublikasının problemlərini bu yolla həll etməyə ümid yaradır. Stansiyanın 500 meqavatlıq enerji istehsalı gücü olacaq ki, bu, olduqca böyük həcmdir", - səfir deyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər