Anatoli Banişevskinin anadan olmasının 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib
AFFA və Bakı Kəndlər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə əfsanəvi futbolçu Anatoli Banişevskinin anadan olmasının 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 14 yaşadək uşaqlar arasında təşkil olunan turnirdə Bakının kənd və qəsəbələrini təmsil edən 6 komanda mübarizə aparıb.
Dalğa Məşq Mərkəzində baş tutan final qarşılaşmasında "Atəşgah"ı (Suraxanı) 4:0 hesabı ilə məğlub edən "Binə" komandası turnirin qalibi olub.
Final matçından sonra mükafatlandırma mərasimi keçirilib. Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar. Kubok qalib komandaya AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov tərəfindən təqdim edilib.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd Azərbaycan futbolunun parlaq simalarından olmuş mərhum Anatoli Banişevskinin xatirəsini yad etmək, eləcə də uşaqlar arasında futbolun kütləviliyini artırmaq və istedadlı futbolçuların üzə çıxarılmasına dəstək olmaqdır.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













