Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib
Qazaxıstanın Ali Audit Palatasının nümayəndə heyəti Azərbaycanın Hesablama Palatasının 2025-ci il üzrə maliyyə hesabatlarının auditini aparıb.
"Far.Az" bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir.
Məlumata görə, audit Azərbaycan və Qazaxıstan ali audit orqanlarının 2024–2025-ci illər üzrə ikitərəfli görüşlərinin və qarşılıqlı səfərlərinin nəticəsinə uyğun olaraq həyata keçirilib.
Auditin məqsədi Hesablama Palatasının maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına və qanunvericiliyin tələblərinə uyğunluğunu qiymətləndirməkdən ibarətdir.
Audit çərçivəsində normativ-hüquqi bazanın, maliyyə sənədlərinin ilkin təhlili, daxili nəzarət sisteminin, maliyyə hesabatlarının tamlığının və etibarlılığının qiymətləndirilməsi, eləcə də Hesablama Palatasının məsul əməkdaşları ilə müsahibələr aparılıb.
Səyyar audit mərhələsi 17–20 fevral 2026-cı il tarixlərində Bakı şəhərində keçirilib. Audit çərçivəsində nümayəndə heyətini Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qəbul edib. Eyni zamanda, nümayəndə heyəti qurumun müvafiq struktur bölmələri ilə işçi görüşlər keçirib.
Auditin yekununda maliyyə hesabatlarının etibarlılığının qiymətləndirilməsi və maliyyə idarəetməsi ilə daxili nəzarət proseslərinin təkmilləşdirilməsi üçün tövsiyələri əks etdirən audit hesabatının hazırlanması nəzərdə tutulub.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Hesablama Palatası UNEC-də keçirilən auditin nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Qarakənd faciəsindən 35 il ötür
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq













