Umerov Hakan Fidanla Cenevrədəki danışıqların yekunlarını müzakirə edib
Far.Az xəbər saytı

Umerov Hakan Fidanla Cenevrədəki danışıqların yekunlarını müzakirə edib


Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən görüş zamanı Ukrayna, ABŞ və Rusiyanın Cenevrədəki üçtərəfli danışıqlarının yekunlarını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Umerov öz teleqram kanalında bildirib.

"Türkiyə tərəfini Cenevrədəki son danışıqların gedişatı və təhlükəsizlik sahəsindəki mövcud vəziyyət barədə məlumatlandırdım. Gələcək addımların koordinasiyasını və diplomatik sahənin perspektivlərini müzakirə etdik. Xüsusən humanitar məsələləri ayrıca müzakirə ettik", - o yazıb.

Umerov genişmiqyaslı müharibənin ilk günlərindən nümayiş etdirdiyi əsaslı mövqeyə görə Türkiyəyə təşəkkürünü bildirib. O qeyd edib ki, 2022-ci ildə Türkiyə Bosfor və Dardanel boğazlarını Rusiyanın hərbi gəmiləri üçün bağlayıb, bu da Qara dəniz regionunda təhlükəsizlik üçün vacib addım olub.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər