ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu yeni qırıcı eskadronla gücləndirir
Far.Az xəbər saytı

ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu yeni qırıcı eskadronla gücləndirir


ABŞ sonradan Yaxın Şərqə köçürülməsi üçün Avropaya daha bir beşinci nəsil "F-35A Lightning II" qırıcı eskadronunu göndərib.

"Far.Az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Military Air Tracking Alliance" aviaresursları bildirib.

Atlantik okeanı üzərindən uçuşdan sonra Britaniyanın Leykenhit hərbi hava bazasına bu tipli 14 qırıcı çatmalıdır.

Təyyarələr Yutadakı Hill aviabazasından havaya qalxıb. Onları ABŞ Hərbi Hava Qüvvələrinin səkkiz "KC-135R Stratotanker" və "KC-46 Pegasus" yanacaqdolduran təyyarəsi müşayiət edir.

İordaniyadakı Müvəffəq Salti aviabazasında artıq 30 ədəd "F-35A Lightning II" qırıcısı yerləşdirilib.

İsrail KİV bildirib ki, fevralın 24-də İsrailə 11 təyyarədən ibarət "F-22 Raptor" beşinci nəsil stels-qırıcılarının birinci eskadronu gəlib. Müvəqqəti yerləşdikləri İngiltərədən uçuşdan sonra qırıcılar Negev səhrasındakı İsrailin Ovda aviabazasına enib. "JFeed" xəbər portal qeyd edib ki, bu, ABŞ döyüş təyyarələrinin İsrail ərazisində ilk məlum yerləşdirilməsidir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər