"Azərbaycan Beynəlxalq Bankı" 100 milyon manatlıq istiqraz buraxır
"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) "Bakı Fond Birjası" QSC-də (BFB) 100 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Far.Az" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 1 000 000 ədəd faizli, sənədsiz, adlı, təminatsız istiqrazdan gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Onların tədavül müddəti, illik faiz dərəcəsi, faizlərin ödəniş tezliyi Yekun Şərtlərlə müəyyən olunacaq. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir. İstiqrazların əldə edilməsində fiziki şəxslər üstünlük hüququna malik olacaqlar.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
Oxşar xəbərlər
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
"Xalq Bank" 5 milyon manatlıq istiqraz buraxır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"AFB Bank" 5 milyon manatlıq istiqraz buraxır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













